"Report" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "NEWS.am"a bildirib.
"Düzünü desək, hazırda biz seçkiqabağı kampaniyanın qızğın çağındayıq və bütün bəyanatları, detalları izləmək üçün o qədər də çox vaxtımız yoxdur. Lakin biz həmişə demişik ki, Ermənistanın Aİİ və Avropa İttifaqı arasında seçim etmək vaxtı gələndə, biz, əlbəttə ki, bunu edəcəyik", - nazir qeyd edib.
Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan Aİİ-nin üzvüdür və bu ittifaqda öz fəaliyyətini davam etdirir.
"Həmçinin sirr deyil ki, Ermənistan xalqının Avropa ambisiyaları var. Qərar qəbul etmək vaxtı gələndə biz onu qəbul edəcəyik", - Ermənistan XİN rəhbəri əlavə edib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Aİ və ya Aİİ-də iştirak məsələsi üzrə referendum keçirməlidir.
Источник: report.az
Комментарии
Загрузка…
Оставить комментарий